Gəncədə mənzildə qadın meyiti aşkarlanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olub və Bayramova Elmira Ənvər qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verilib