Gəncədə yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxacağında qeydə alınıb.
Şəhər sakini Musa Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan işıq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.