Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, 1967-cü il təvəllüdlü Həsənov Rövşən Süleyman oğlu qarın nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir. R.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.