24 yaşlı gənc bıçaqlandı - Gəncədə
15 dekabr 2016 02:56 (UTC +04:00)

24 yaşlı gənc bıçaqlandı - Gəncədə

0

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə gecə saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseynov Fəqan Arzu oğlu hələ ki, bilinməyən səbəblərdən qarın nahiyəsindən bıçaqlanıb. Dostları tərəfindən xəstəxanaya çatdırılan F.Hüseynov, dərhal həkimlər tərəfindən əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb. Zərərçəkənin yaxınları polisə verdikləri ifadələrində F.Hüseynovun özü özünü bıçaqladığını bildiriblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar