Gəncədə terror törətmək istəyən şəxsin kimliyi bilindi - YENİLƏNİB 2
23 dekabr 2013 14:39 (UTC +04:00)

Gəncədə terror törətmək istəyən şəxsin kimliyi bilindi - YENİLƏNİB 2

Hadisənin baş vermə səbəbləri açıqlanıb

 

Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxsin kimliyi dəqiqləşdirilib.

 

 

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir.

 

İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub.

 

Ə. Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G. Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

****

13.45

Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxs zərərsizləşdirilib.


 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həmin şəxs saxlanılaraq Polis İdarəsinə aparılıb.

 

Hazırda evdə axtarış aparılır.

 

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq ŞabanovAPA-ya həmin şəxsin danışıqlar yolu ilə fikrindən daşındırıldığını deyib. F. Şabanov qeyd edib ki, həmin şəxs artıq həbs edilib, onun bu hərəkəti hansı məqsədlə törətdiyi aydınlaşdırılır.

 

Polis rəisi, bəzi KİV-də zərərsizləşdirilən şəxsin beş polis əməkdaşını girov götürməsi barədə məlumatları isə təkzib edib.

 

 

***

 

13:03

 

Gəncə şəhər sakini özünü və yaşadığı binanı partladacağı ilə hədələyir.

 

APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, bu gün saat 12.20 radələrindən etibarən Gəncənin Dədə Qorqud küçəsində yerləşən beş mərtəbəli binanın, üçüncü mərtəbəsində orta yaşlı kişi əlindəki qumbara ilə özünü və evi partladacağı ilə ətrafdakıları hədələməyə başlayıb. Onunla yanaşı evdə bir qadın da olduğu bildirilir. Həmin şəxs əlində qumbara tutaraq evdə olan qadınla bərabər hər dəfə balkona çıxır və qışqıraraq evi partladacağını bəyan edir.

 

Hazırda polis əməkdaşları evi mühasirəyə alıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri görülür. Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, şəhər prokuroru da hadisə yerinə gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4917
avatar

Oxşar yazılar