Əslən lənkəranlı olan gənc müğənni İdrak Heydərov 28 yaşında dünyasını dəyişib. Lent.az-ın mediainfo-ya istinadən verdiyi məlumata görə, dekabrın 16-da İ.Heydərov Xırdalan şəhərində kirayə yaşadığı evində çimərkən dəm qazından boğulub. Huşunu itirən İdrak yerə yıxılıb və başı divara dəyib. Onun həyatla vidalaşmasına səbəb də məhz bu olub.
Hadisə ilə bağlı İdrakın qardaşı bildirib ki, İ.Heydərov Lənkəranda dəfn edilib.