Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib
12 noyabr 2017 16:57 (UTC +04:00)

Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib

Noyabrın 12-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

# 229
avatar

Oxşar yazılar

Polis saxta pulla  özünə maşın aldı

Polis saxta pulla özünə maşın aldı

18 aprel 2024 , 11:13
Azərbaycanda şirkət rəhbərlərinə cinayət işi AÇILDI

Azərbaycanda şirkət rəhbərlərinə cinayət işi AÇILDI

18 aprel 2024 , 11:10
Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

18 aprel 2024 , 10:55
Abşeronda evdən 16 minlik  OĞURLUQ

Abşeronda evdən 16 minlik OĞURLUQ

18 aprel 2024 , 10:51
Bu qızı görənlər polisə xəbər versin - FOTO

Bu qızı görənlər polisə xəbər versin - FOTO

18 aprel 2024 , 10:45
Bakıda FACİƏ:  kişi su quyusuna düşüb öldü

Bakıda FACİƏ: kişi su quyusuna düşüb öldü

18 aprel 2024 , 10:29
Astarada "avtoş" luq edən həbs olundu

Astarada "avtoş"luq edən həbs olundu

18 aprel 2024 , 10:20
Evə girib, görün nə oğurladı: Saz...

Evə girib, görün nə oğurladı: Saz...

18 aprel 2024 , 10:07