Fikrət Məmmədov həmməruzəçilərlə nədən danışdı?
21 yanvar 2014 18:39 (UTC +04:00)

Fikrət Məmmədov həmməruzəçilərlə nədən danışdı?

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Ölkəmizin dinamik iqtisadi tərəqqisindən danışan qonaqlar ötən il Azərbaycanın tarixində ən demokratik və şəffaf şəraitdə seçkilərin keçirilməsindən məmnunluğunu ifadə edib, qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını söyləyiblər.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar