FHN xilasediciləri azyaşlıları xilas etdi
24 mart 2014 18:07 (UTC +04:00)

FHN xilasediciləri azyaşlıları xilas etdi

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olublar. Azyaşlılar yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunaraq valideynlərinə təhvil veriliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar