FHN Qaxdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB
19 noyabr 2017 18:09 (UTC +04:00)

FHN Qaxdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb

Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

                                                      

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

xxxxx

 

11-19

 

Fövqəladə Hallar Nazirliyi Qaxda dağlıq ərazidəki yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlaması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar