FHN Goranboydakı ağır qəza ilə bağlı məlumat yaydı
21 noyabr 2016 09:06 (UTC +04:00)

FHN Goranboydakı ağır qəza ilə bağlı məlumat yaydı

0

 

Fövqəladə Hallar Nazirliyi Goranboyda baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunda “KAMAZ” markalı yük avtomobilinin “MERCEDES” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. Qəza nəticəsində “MERCEDES” markalı minik avtomobilin sürücüsü 1982-ci il Nəzərov Murad Hənnan oğlu ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 3 nəfər sərnişin xəsarət alıb.

 

"MERCEDES " markalı minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar