FHN dəmir yolu qəzası ilə yeni məlumat yayıb: "Yanğın söndürülüb"
04 yanvar 2014 12:04 (UTC +04:00)

FHN dəmir yolu qəzası ilə yeni məlumat yayıb: "Yanğın söndürülüb"

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonun Qarasu kəndi ərazisində baş vermiş dəmir yolu qəzası ilə yeni açıqlama yayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcədə digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Oxşar yazılar