Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları fahişəliklə məşğul olan daha bir qadını məsuliyyətə cəlb edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Kürdəmir rayon sakini Vüsalə Mustafayeva saxlanılıb.
V.Mustafayeva ətrafında araşdırmalar davam etdirilir.