Qazaxda ev sahibi ilə birlikdə yanıb. Qazax rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzindən 43 kilometr aralıda yerləşən Kəmərli kəndində baş verib.
Hadisə nəticəsində Oqtay Cəlilova məxsus ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları ilə birgə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi, 1934-cü il təvəllüdlü Oqtay Cəlilovun yanmış meyiti aşkarlanıb.
Evə bitişik tikililər yanğından mühafizə olunub.