Ağdamda dəfələrlə itkin düşən qızı Rayon Polis Şöbəsinin əmakdaşları taparaq, ailəsinə təhvil verib. Rayonun Eyvazlı kənd sakini, 24 yaşlı Abdullayeva Günay Kamal qızı sonuncu dəfə iki ay əvvəl evdən çıxıb və geri qayıtmayıb.
Ağdam RPŞ-nin təhqiqatçısı Əziz Əzizov deyib ki, rayon polis şöbəsində 2013-cü ildə ailəsinin müraciəti əsasında Günay barəsində 2 dəfə axtarış elan olunub.
APA TV-nin xəbərinə görə, Günay Abdullayeva isə deyib ki, kənd həyatı onu sıxır. Belə şəraitdə yaşamaq istəmir. Tez -tez psixoloji depressiyalar keçirir.
Polis Şöbəsində Abdullayevadan başqa yerə getməmək barədə iltizam alınıb.