Məişət evidnən oğurluq edən keçmiş məhkum tutuldu
19 dekabr 2016 11:43 (UTC +04:00)

Məişət evidnən oğurluq edən keçmiş məhkum tutuldu

0

 

Sumqayıtda məişət evindən oğurluq edən şəxs saxlanılıb.

 

Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də və dekabrın 17-də şəhər sakini Qəmbər Mənsimovun evindən 1400 manat pul, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini Cavid Zamanov tutulub.

 

Qeyd edək ki, Cavid Zamanov əvvəl də məhkum həyatı yaşayıb.

Bundan başqa, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Bakı şəhər sakini Lamiyə Gülməmmədovanın evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Azər Məlikov və Xəqani Əliyev də tutulublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar