APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü Qasım oğlu Qəhrəman İsmayılovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.