Dekabrın 14-ü saat 09 radələrində Abşeron rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Digah kəndi Neftçi küçəsində yaşayan Şəfiqə Hacıyevaya məxsus 1 mərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə 22 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanıq xəsarəti almış Ş.Hacıyeva, qızı Şəmsiyyə, nəvələri Adil və Elvin xəstəxanaya yerləşdirilib.