Elektrik xətti qırılıb üstünə düşdü, sağ qaldı
14 dekabr 2013 22:30 (UTC +04:00)

Elektrik xətti qırılıb üstünə düşdü, sağ qaldı

Yüksək gərginlikli elektrik xəttinin qırılaraq, yerə düşməsi Lənkəran sakinin həyatını təhlükəyə atıb. Elektrik cərəyanın vurması nəticəsində bir saat ərzində yerdə qalan qadın huşunu itirsə də, sağ qalıb.

 

APA TV-nin xəbərinə görə, hadisə Lənkəran şəhəri Heydər Əliyev prospektində baş verib. Şəhər sakini, 59 yaşlı Məryəm Sadıxova ona məxsus mal-qaranı evə gətirməkdən ötrü örüşə çıxıb. Örüşdə qırılaraq yerə düşən yüksək gərginlikli elektrik xəttinin dalğası onu 15-20 m-dən özünə çəkərək yaxınlıqdakı su arxına tullayıb. Hadisə nəticəsində huşunu itirən 59 yaşlı qadın təqribən bir saata kimi suda qalıb. Məryəm Sadıxova ayılandan sonra sürünə-sürünə evə qayıdıb.

 

Qadının vəziyyəti ağır olduğundan qonşular dərhal Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət ediblər. Stansiyanın həkim briqadası xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra şokdan ayılda bilib.

 

Xəstənin həyatı üçün təhlükə sovuşmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21