
İşıq limiti ilə bağlı da TƏKLİFLƏR VERİLDİ
Azərbaycanda təbii qazın istifadəsinə tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisi ilə bağlı limitin artırılması məsələsi də gündəmə gəlir. Belə bir ehtimal varmı?
Lent.az mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramovun münasibətin öyrənib. Onun sözlərinə görə, mavi qaza tətbiq edilən limitin ləğvi və ya artırılması ilə bağlı işlər İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən ötən həftə təkrar hazırlanıb və Azərbaycan hökümətinə eyni zamanda tarif şurasına təqdim olunmuşdu:
“Bizim iqtisadi əsaslandırmadan sonra bir sıra dövlət qurumları, o cümlədən Dövlət Neft Şirkəti öz rəyini təqdim etdi. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif Şurası limitin artırılması ilə bağlı qərar qəbul etdi. Biz təbii qazla yanaşı elektirik enerjisinə tətbiq edilən limitin də artırılmasının, daha ucuz və güzəştli qiymətlərlə vətəndaşlara satılmağının tərəfdarıyıq. Nəzərə alaq ki, limitlərin tətbiq edilməsi 2016-cı ilin noyabır ayında baş verib. Bu ilin may ayının iqtisadi şərtlərini 2016-cı il il noyabr ayı ilə müqayisə etsək, fərqli bir iqtisadi mənzərə ortaya çıxır. 2016-cı ilin noyabırında ölkəyə daxil olan vəsaitdə azalmalar var idi, manatın məzənnəsi isə stabil deyildi. Bu amil xüsusilə sözügedən qurumların məzənnə risqlərini sığortalamağa imkan vermirdi".
Ekspert deyir ki, indi şərtlər başqadır. Belə ki, 2017-ci ilin fevral ayından etibarən manat stabildir. Ölkənin həm mavi qaz hasilatında, eyni zamanda ixracaatda artımlar var. "Ölkəyə daxil olan valyutanın həcmi artır ki, bu da kommunal xidmətlərlə bağlı limitlərin yenidən baxılmasına, aşağı qiymətlə elektirik enerjisi və mavi qazın satılmasına imkan yaradır" deyən müsahibimizin sözlərinə görə, bu səbəbdən də elektirik enerjisi ilə bağlı limitlərə yenidən baxılması və onunla bağlı da oxşar addımlar atılması təklif olunur.
Dediyinə görə, nəticə etibarilə limitlərin artırılması sosial baxımdan vacibdir. "Bu, vətəndaşlarımıza qənaət etməyə imkan verir. Buna görə biz elektirik enerjisi ilə bağlı limitin vətəndaşların xeyrinə artırılmasını təklif edirik”.
Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01