Azərbaycanda cəzaçəkmə müəssisəsində son model mobil telefonlar aşkar edilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1979-cu il təvəllüdlü Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilərkən kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən iki ədəd “İphone-5” markalı mobil telefon aparatı, 1 ədəd “İpad” markalı planşet, 2 ədəd qulaqcıq, 1 ədəd elektrik qidalandırıcısı, 2 ədəd “Bose” markalı qulaqcıq və 1 ədəd yaddaş kartı aşkar edilərək götürülüb.
Bundan başqa 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 181.2.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1975-ci il təvəllüdlü Müşfiq Şirzad oğlu Babayevin yataq yerinə və üzərinə baxış keçirilərkən yataq yerindən yastığın altından ona məxsus 2 ədəd “Nokia-311” markalı mobil telefon aparatları və 4 ədəd “Sim” kart aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.