
Düşmən atəşkəs rejimini 122 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Lent.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55