Azərbaycanda daha bir neçə obyekt özəlləşdirilib - <span style="color:red;">SİYAHI
14 fevral 2017 12:35 (UTC +04:00)

Azərbaycanda daha bir neçə obyekt özəlləşdirilib - SİYAHI

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 14 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub.

Komitədən Lent.az-a verilən məlumata görə, açıq və şəffaf şəraitdə keçən hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib.

Qeyd edək ki, hərrac prosesini müşahidə etmək üçün media nümayəndələri və bir neçə vətəndaş gələrək hərracda iştirak ediblər.

Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın  Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60  kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.

Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Ötən həftəki hərracdan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi keyfiyyət və məmnunluq səviyyəsini yüksəltmək məqsədilə hərracın sonunda vətəndaş məmnunluğu sorğusu keçirir. Bu dəfəki sorğuda hərracda əmlaka sifariş verən və qalib olan vətəndaşlarla yanaşı, müşahidəçi kimi gələn şəxslər də sorğuda iştirak edib. Onlar əmlaka sifariş proseduru, əmlaklarla tanışlıq, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikirlərini sorğu anketində bildiriblər. Sorğu nəticəsinə əsasən vətəndaşlar hərracda iştirak üçün müraciətin sadə olmasını qeyd ediblər. Vətəndaşların əksəriyyəti hərrac və əmlaklar barədə məlumatları komitənin özəlləşdirmə portalından əldə edir. Eyni zamanda, komitənin saytı və KİV vasitəsilə də məlumatlandıqlarını bildiriblər.

Maraqlanan və hərracın video-yazısını izləmək istəyən şəxslər komitənin rəsmi youtube kanalına (https://goo.gl/OpYdB1) daxil ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21