DİN Xəzər rayonunda baş verən yanğınla bağlı məlumat yaydı
19 dekabr 2016 11:31 (UTC +04:00)

DİN Xəzər rayonunda baş verən yanğınla bağlı məlumat yaydı

0

DİN Xəzər rayonunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

 

Lent.az Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən bildirir ki, dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

 

Yanğın nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb. Yanğında  xəsarət alan Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evinə gediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar