Daxili İşlər Nazirliyi Gəncədə partlayış törətmək istəyən şəxslə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də saat 11 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Abdıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu həmyerlisi Gülnar Nəbiyevanın Dədə Qorqud küçəsində yaşadığı mənzilə gəlib. Ə.Abdıyev qadınla aralarında baş vermiş mübahisə zəminində qumbara partladacağını bildirib.
Görülmüş tədbirlər nəticəsində Ə.Abdıyev 1 ədəd “F-1” qumbarasını təhvil verərək təslim olub. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.