<b>Neftçaladakı dəhşətli qətllə bağlı daha bir nəfər tutuldu</b>
14 dekabr 2016 12:52 (UTC +04:00)

Neftçaladakı dəhşətli qətllə bağlı daha bir nəfər tutuldu

0

 

Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, polis və prokuyrorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Xaçmaz rayon sakini Ruzalya Quçuyevanı münaqişə zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Turxan Nəsirov tutulub.

 

Bundan başqa Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - Cəlilabad rayon sakini Ruhid Şükürov da tutulub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar