DİN də Bakıdakı qəza ilə bağlı açıqlama yaydı
07 dekabr 2013 12:21 (UTC +04:00)

DİN də Bakıdakı qəza ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi bu gün paytaxtda baş verən dəhşətli yol-qəza hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, dekabrın 7-si saat 00.10 radələrində Yasamal rayonu Moskva prospektində Abşeron rayon sakini Mehdi Məmmədov “Daewoo-Nexia” markalı avtomobili idarə edərkən onu yolun hərəkət hissəsində dayanan Gürcüstan vətəndaşı Bəhruz Abbasovun idarə etdiyi “Shaqman” markalı avtomobilə vurub. M. Məmmədov və sərnişinləri - İsmayıllı rayon sakini İsmət Xəlilov, Abşeron rayon sakini Yaqub Tağıyev və Ağdam rayon sakini Qurban Hacıyev hadisə yerində ölüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar