Bakı şəhər sakinində silah aşkar edilib. Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakini Fərağa İbrahimova məxsus qaraja baxış zamanı oradan “AK” markalı avtomat aşkar edilərək götürülüb.