Daxili İşlər Nazirliyi Şəkidə baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 9-da saat 19 radələrində Şəki şəhərində Bərdə rayon sakini Murad Bağırovun idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Mehdiyev və sərnişinlərindən həmyerlisi Rəfayel Qasımov, Rusiya Federasiyası vətəndaşları Olqa Lesnikova və Oksana Moskalenko hadisə yerində ölüb, digər sərnişini, habelə M.Bağırov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Məhəmməd Heydərov xəstəxanada vəfat edib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.