Daxili İşlər Nazirliyi Sabirabad sakininin törətdiyi cinayətlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 12-də Sabirabad şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Firqət Əliyev münaqişə zəminində həmyerlisi Teymur Sadıqovu, sonradan isə Saatlı rayonunun Sarıcalar kəndi ərazisində digər həmyerlisi Kamran Yaqubovu bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyev tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.