DGK-dan Sədərək gömrüyünün rəisinin həbsinə münasibət - YENİLƏNİB
18 dekabr 2013 11:10 (UTC +04:00)

DGK-dan Sədərək gömrüyünün rəisinin həbsinə münasibət - YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib.

 

DGK-dan APA-ya bildirilib ki, hazırda M. Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır.

 

 

Qeyd edək ki, M. Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

O, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsində Türkiyə polisinin rüşvət və qaçaqmalçılıq hallarına qarşı keçirdiyi əməliyyat tədbirləri çərçivəsində tutulub. 

 

M. Seyidov saxlanıldıqdan sonra İğdır şəhərinə aparılaraq dövlət xəstəxanasında tibbi müayinədən keçirilib. O, zəruri prosedurlar həyata keçirildikdən sonra dindirilmək üçün prokurorluğa göndəriləcək. Hadisə ilə bağlı Azərbaycanın İğdır şəhərindəki baş konsulu Asiman Əliyev İğdır Əmniyyət Müdirliyinə gedərək baş verənlər haqda məlumat alıb. 

 

Qeyd edək ki, Türkiyə polisinin dekabrın 17-də sərhəddə 200 polisin iştirakı ilə keçirdiyi geniş miqyaslı əməliyyat zamanı 7 gömrük əməkdaşı və 10 nəqliyyat firmasının sahibi həbs edilib. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4148
avatar

Oxşar yazılar