İtkin düşən neftçilərdən daha birinin meyiti tapıldı - ŞƏXSİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB
18 fevral 2017 13:39 (UTC +04:00)

İtkin düşən neftçilərdən daha birinin meyiti tapıldı - ŞƏXSİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB

 

Xəzər dənizində meyiti tapılan şəxsin kimliyi məlum olub.

 

APA-nın məlumatına görə, meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Cümşüd oğlu Qurbanov olduğu müəyyən edilib.

 

V. Qurbanovun meyiti yaxın saatlarda ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub. Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

 

**

11:04

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan Lent.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

 

Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmadığı müəyyənləşdirilir.

 

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

**

10:19

Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Lent.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar