İmişlidə oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də İmişli dəmir yolu stansiyası ərazisindəki anbardan misdən olan məmulatları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Həsən Nuri, Emin Güləliyev və Cahid Quliyev tutulublar.
Araşdırma aparılır.