Gəncədə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1993-cü il təvəllüdlü Eltac Əhmədov yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra E. Əhmədovun vəziyyəti yaxşılaşıb.
Dəm qazından növbəti zəhərlənmə
260