<b>Dəm qazı daha bir can aldı </b>
23 fevral 2017 23:25 (UTC +04:00)

Dəm qazı daha bir can aldı

0

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb.

 

APA-nın məlumatına görə, hadisə qəsəbənin "11-ci Mədən" deyilən ərazisində baş verib.

 

1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.

 

Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib.  Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar