Dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb: ADLAR - YENİLƏNİB
28 dekabr 2013 20:01 (UTC +04:00)

Dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb: ADLAR - YENİLƏNİB

 Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölənlərin hamısının adı məlum olub.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.

 

Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.

 

Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.

 

Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.

 

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. 

 

***

18.45
Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzası zamanı 6 nəfərin öldüyü məlum olub.

Ölənlərdən 3-nün şəxsiyyəti dəqiqləşdirilib.

 

APA-nın xəbərinə görə, dünyasını dəyişənlər Ağsu rayonun Qasımbəyli kənd sakini - 1956-cı il təvəllüdlü İnqilab Hacıyev, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu və 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızıdır. Onlar aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı və Nurlan Rəsulov isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

 

Ağsu rayonun Qasımbəyli kənd sakini 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90-BC-517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Rəsulov Nurlan Ədalət oğluna məxsus 90-KU-103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, iki nəfər ağır xəsarət alıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5647
avatar

Oxşar yazılar