Dəhşət! Bakıda taksi piyadanı vurub qaçdı – ANBAAN KAMERALARDA
04 dekabr 2013 11:49 (UTC +04:00)

Dəhşət! Bakıda taksi piyadanı vurub qaçdı – ANBAAN KAMERALARDA

Lent.az Azərbaycanın yollarında baş vermiş yol qəzalarında görüntüləri təqdim edir.  Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılimış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol qəzaları paytaxtda Bakıda baş verib. Təsadüfi deyil ki, respublika üzrə qeydə alınan yol qəzalarının 30 faizdən çoxu da elə məhz Bakının payına düşür.

 

Birinci yol qəzasından aydın görünür ki, müştəri taksi saxlatdırır və sürücü də düz yolun hərəkət hissəsində saxlayır. Müştəri maşına yaxınlaşan kimi arxadan gələn “VAZ-2104” ona çırpılır və ağır qəza baş verir. İkinci qəzada sarı rəngli taksinin qoşa xəttinin tələbini pozaraq əks istiqamətli yola çıxdığı və sola dönən “Toyota”nı vurub aşmaq təhlükəsi ilə üzləşməsinə əlavə şərh vermək olmur.

 

Növbəti yol qəzasına bir cümlə ilə şərh verə bilərik: sürücü yatıb. Boş yolda, heç bir maneə olmaya-olmaya aşağı sürətlə gedib səkiyə çıxıb aşmaq ancaq yuxulu sürücünün başına gələ bilər. Digər qəzada yol ayrıcının düzgün keçilmədiyi açıq-aşkar görünür. Bunun ardınca izlədiyiniz videoda isə zəncirvarı qəza baş verir ki, bu da soldan düzünə hərəkət edən ağ rəngli “Cip”in svetoforun qırmızı işığından keçməsinin nəticəsi idi. Əks tərəfdə dayanan maşınlara baxdıqda məlum olur ki, qırmızı işıq yanır. Bu halda kəsişən yolda sağda dayanan maşınlar keçməli idi. Onlar keçməyə başlayanda isə “Cip” özüylə birgə 3 maşının toqquşmasına səbəb olur.

 

Növbəti görüntülərdə “Mersedes” arxadan ağ “Cip”ə çırpılır. Yağışlı havada, sürüşkən yolda sürət rejiminə düzgün əməl etməmək belə nəticələrə gətirib çıxarır. Boz rəngli “Nissan”ın balaca boyu ilə o boyda yük maşının altına girib qaldırıb aşırması təəccüblüdür. Hər halda, sürət həddini aşmaq və düzgün manevr etməmək burada da özünü göstərir. Az öncə qeyd etdiyimiz kimi, burada da qara rəngli “Cip” svetoforun qırmızı işığından keçir.

 

Növbəti yol qəzası da az öncə izlədiyinin qəzalardan biri ilə eyni ünvanda baş verir. Səbəb yenə də ötmə və manevr qaydalarının pozulması, kəsişən yol ayrıcını düzgün keçməməkdir.

 

“Mersdes”in vurub aşırdığı qara “Cip”ə baxıb sual etməyin ki, günah kimdədir. Əlbəttə, günah qırmızı işıqdan keçəndədir. Bu görüntüyə diqqətlə baxsaq görərik ki, “Mersedes” yüksək sürətlə hərəkət etməklə yanaşı, qırmızı işıqdan da keçir. Qarşısına çıxan avtomobili gördükdə isə sürücü əyləci bassa da, qəza qaçılmaz idi. “Cip” yerində dövrə vuraraq zərbənin təsirindən aşır.

 

Növbəti yol qəzası Nobel prospektində, məşhur “Nargilə” kafesinin yanında baş verib. Yolun solu ilə hərəkət edən “Shaqman” markalı yük maşına birdən-birə birinci zolaqdan dördüncü zolağa manevr edib sağa dönmək istəyir. Amma sürət həddi yüksək olduğu üçün sürücü sükanı yığışdıra bilmir və maşın aşır. Özü də yerə yox, döngədə dayanmış 3 minik maşının üstünə aşır. Əslində, yük maşınının sürücüsünü bu əməlinə görə tənbeh edib cəzalandırarkən həmin döngədə dayanan minik maşınlarının sürücülərinə qarşı də inzibati tədbir görülməlidir. Birincisi, yolun hərəkət hissəsidir, ikincisi isə təhlükəli döngədir. Orada dayanıb nəinki müştəri gözləmək, heç nəfəs də almaq olmaz. Olarsa, nəticəsi də göz qabağındadır.

 

Və nəhayət, sonuncu yol qəzasına nəzər salaq. Svetofor işləmir. Daha doğrusu, gecə olduğu üçün sarı işıq sayrışır. Yəni, sağı-solu, piyada keçidini gözləməklə keçib getmək olar. Amma gəlin baxaq görək bu “Mersedes”in sürücüsü nə edir. Taksi fəaliyyəti ilə məşğul olan sürücü maşını yüksək sürətlə idarə edir. Piyada keçidində piyadaları görüb-görmədiyini dəqiq demək çətindir. Amma bir məqam tam aydındır ki, o sürücünün gözü svetoforda olub ki, sarı işıq sayrışır, qırmızıya keçməmiş buranı keçim. Axırı da bax belə oldu. Üç piyada qadından arxaya qalanı vurub azı 10 metr irəli tullayır. Sürücü bunu görür və yəqin ki, adam vurduğunu da dərk edir. Lakin maşını saxlamır və hadisə yerindən qaçır. Maraqlıdır ki, sanki digər maşınlar da az qala yolun ortasına döşənmiş yaralı piyadanı və onunla birlikdə az öncə yolu keçən yaxınlarını görmürlər. Hətta, bir maşın az qalır ki, onların hər üçünü əzib keçsin.

Qəzalar qaçılmazdır. Amma şüurlu şəkildə qayda pozub qəza törətməyin məsuliyyətini də dərk etmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5833

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03