Daha bir general sərəncama göndərildi
13 noyabr 2013 11:21 (UTC +04:00)

Daha bir general sərəncama göndərildi

Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sərəncamı ilə nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılıb və o, sərəncama göndərilib. 

R.Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi.

Qeyd edək ki, ondan əvvəl isə bu idarəyə general-leytenant Talıb Məmmədov rəhbərlik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

Oxşar yazılar