Biləsuvar rayon sakininin avtomobilində külli miqdarda at əti götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar rayon sakini Damət Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə satış məqsədilə gətirdiyi 242 kiloqram at əti Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən götürülüb.