Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan çörək bişirmə sexinin anbarında, çardağın yanar konstruksiyaları 90 m2 sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çörək bişirmə sexinin qalan hissəsi və ona bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.