Cibgir iş başında yaxalandı
18 dekabr 2013 17:40 (UTC +04:00)

Cibgir iş başında yaxalandı

Nizami rayon Polis İdarədinin post-patrul xidmətinin əməkdaşları ictimai nəqliyyat vasitələrində sərnişinlərin qənimi kəsilən Mehdi Cananovu yaxalayıblar. O, 15 saylı avtobusda Fərhad Bəşirovun cibindən 42 manat oğurlayıb, avtobusdan düşəndə zərəçəkən bunun hiss edib. Arada yaranan mübahisə nəticəsində post patrul xidmətinin əməkdaşları hadisə yerinə yaxınlaşıblar. Zərərcəkənin göstərdiyi məbləğ Mehdi Cananovun cibindən çıxıb.

Mehdi Cananov deyib ki, avtobusda oğurluq edərkən tutulub: "Sadəcə "Allah təvəkkül" deyib, getdim. Amma belə alındı. İçkili idim..." 

 

APA TV-nin xəbərinə görə, bu, Cananovun 3-cü məhkumluğudur. Eyni əmələ görə əvvəllər məhkum olunan şəxs həbsxanadan yenicə çıxıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021
avatar

Oxşar yazılar