<b>FHN BMT-nin Azərbaycandakı nümayəndəliyində təlim keçirəcək </b>
01 dekabr 2016 16:37 (UTC +04:00)

FHN BMT-nin Azərbaycandakı nümayəndəliyində təlim keçirəcək

0

Sabah BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi, bina 3 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, təlimin keçiilməsində məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının praktikada yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə, o cümlədən yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılması, nazirliyin xilasetmə bölmələri və nümayəndəliyin əməkdaşlarının xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyət imkanlarının qiymətləndirilməsindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 213

Oxşar yazılar