Bir neçə rayonda qaz olmayacaq
15 noyabr 2013 12:03 (UTC +04:00)

Bir neçə rayonda qaz olmayacaq

Bu gün təmir işləri ilə əlaqədar bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Lent. az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata əsasən 09:00-dan 18:00-dək Qaradağ, Şamaxı, Füzuli, Xızı rayonlarının bir hissəsinə və Yevlax rayonunun Kövər kəndinə, 10:00-dan 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, 10:00-dan 15:00-dək Abşeron və Xətai rayonlarının bir hissəsinə, 10:00-dan 18:00-dək Ağstafa rayonuna, Qazax və Samux rayonlarının bir hissəsinə, 11:00-dan 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, 11:00-dan 16:00-dək Samux rayonunun bir hissəsinə, 11:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, 12:00-dan 14:00-dək isə Tərtər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar