Bir ailənin 6 üzvü turşudan zəhərləndi: 1 ölü
27 dekabr 2013 19:28 (UTC +04:00)

Bir ailənin 6 üzvü turşudan zəhərləndi: 1 ölü

Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.


 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb.

 

Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, oğlu 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, ailənin digər üzvü  1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

 

Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2299
avatar

Oxşar yazılar