Binəqədidə maşın beton arakəsmələrə çırpıldı
03 dekabr 2016 02:37 (UTC +04:00)

Binəqədidə maşın beton arakəsmələrə çırpıldı

0

Bakının Binəqədi rayonu ərazisinndə qəza baş verib. Hadisə Binəqədi şosesində qeydə alınıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, VAZ-2106 markalı avtomobillə şəhərin  mərkəzi istiqamətində hərəkətdə olan sürücü Babək Məmmədov yanlış manevr edib. Bu zaman “Kia” markalı avtomobillə eyni istiqamətdə hərəkət edən Rəşad Mollayev idarəetməni itirib. Nəticədə “Kia” beton arakəsmələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

 

İlkin ehtimala görə, qəzaya yola düzülən beton arakəsmələr səbəb olub. Çünki həmin arakəsmələrin düzüldüyü hissədə işıqlandırma sistemi yoxdur. Bu isə sürücülər üçün bir sıra çətinliklər yaradır. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar