Biləsuvar rayonunda yanğın olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən bildirir ki, vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.