Bıçaqlanan şəxs polisi aldatmağa çalışdı
16 noyabr 2016 11:42 (UTC +04:00)

Bıçaqlanan şəxs polisi aldatmağa çalışdı

Siyəzən rayonunda bıçaqlanma olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 9-da Siyəzən rayonunun Zarat kəndindən kənd sakini Samir Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında xəsarəti yaşadığı evin damından yıxılması nəticəsində almasını bildirib.

   

Siyəzən RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Məmmədova xəsarətin bıçaqla həmkəndlisi Orxan Fərzəliyev tərəfindən yetirilməsi müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə O.Fərzəliyev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar