Bəşər Əsədin yaxın qohumu öldürüldü
24 mart 2014 10:15 (UTC +04:00)

Bəşər Əsədin yaxın qohumu öldürüldü

0

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Hilal Əsəd Türkiyə sərhədində yaraqlılarla toqquşma zamanı həlak olub.


 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, Hilal Əsədin ölüm faktını həm Syrian Observatory for Human Rights (SOHR) hüquq müdafiə təşkilatı, həm də Suriya dövlət televiziyası təsdiqləyib.

 

Suriya dövlət televiziyanın məlumatında Hilal Əsəd Latakiya vilayətindəki milli müdafiə qüvvələrin lideri kimi təqdim olunur. Hüquq müdafiəçilərin bildirdiyinə görə, H.Əsəd “Əl-Qaidə” ilə bağlı olan “Əl-Nusra Cəbhəsi” radikal islamçı qruplaşmanın üzvləri ilə toqquşma zamanı öldürülüb. SOHR bildirir ki, döyüşdə Milli müdafiə qüvvələrinin daha yeddi üzvü həlak olub.

 

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma 2011-ci ilin yazından davam edir. Bu müddət ərzində təxminən 140 min nəfər həlak olub, bir neçə milyon insan qaçqın düşüb. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar