Ötən gün yol qəzasında 2 piyada ölüb
17 dekabr 2016 11:52 (UTC +04:00)

Ötən gün yol qəzasında 2 piyada ölüb

0

 

Bərdə ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 16-da saat 17 radələrində Bərdə rayonunun Mirzəalıbəyli kəndində rayon sakini Sahib Salmanov idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən həmkəndlisi Nadim Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Oxşar hadisə bakının Sabunçu rayonunda da baş verib. Dekabrın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kamal Məhərrəmovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Hər iki fakt üzrə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar