Bərdədə vətəndaşa məxsus ümumi sahəsi 5000 kv.m olan "Mürvət" yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışıb.
Partlayış zamanı bir nəfər yanacaqdoldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılıb. Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çən yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar uyğun qurumlar tərəfindən təhqiqat aparılır.